Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sərvəti 7 milyard dollar "əridi", Avropanın ən varlı adamı dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərvəti 7 milyard dollar "əridi", Avropanın ən varlı adamı dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Zara, Bershka, Pull & Bear kimi markaları ilə moda sektorunun ən böyüyü olan "Inditex" şirkətinin səhmləri son 3 ilin ən aşağı səviyyəsinə enib.

 

"Marja" xəbər verir ki, 2017-ci ilin sonunda doğru 36 avro civarında qiymətlər ilə əməliyyat görən İspaniyanın tekstil nəhənginin səhmləri yalnız Cümə günü 7% dəyərdən düşüb və 25 avro olub.
 

2017-ci ilin sonunda 75 milyard dollardan çox sərvətilə dünyanın ən zəngin 4-cü adamı kimi tanınan "Inditex"in sahibi Amancio Ortega da səhmlərdəki ucuzlaşma səbəbilə sərvətindən 7 milyard dollar itirib.

 

Orteganın sərvəti, keçən ilin avqust ayında 85 milyard dollara qədər çıxaraq qısa müddətə dünyanın ən zəngini də olmuşdu.

 

Yalnız cümə günkü azalmada 4.3 milyard dollar itirən Amacio Ortega, milyarderlər sırasında 67.8 milyard dollarla 7-ci sıraya enib.
 
 

BERNARD ARNAULT 75 MİLYARD DOLLARLA AVROPANIN ƏN VARLI ADAMI OLDU


 
Beləliklə Ortega, Avropanın "ən varlı adamı" adından da olub. Forbes milyarderlər siyahısında 75.1 milyard dollar sərvəti olan Fransız iş adamı Bernard Arnault birinci yerə çıxıb. Arnault, eyni zamanda dünya siyahısında da 4-cü sıraya yüksəlib.
 

68 yaşlı milyarder, Dior, Bulgari, Kenzo, Tag Heuer, Hublot, Don Perignon kimi  markaları olan və dünyanın ən böyük lüks istehlak qrupu olan "LVMH Moët Hennessy Louis Vuitton SE"nin rəhbəridir.

 

JPMorgan analitiklərinə görə, bu nəticə, "Inditex"in ilin əvvəlindəki  tətillər səbəbindən satışlarında durğunluq və ehtiyatlarını əritmək istəyən şirkətin böyük endirimlər etməsi ilə əlaqədardır. "Inditex" noyabr - dekabr ayındakı 5 həftəlik dövrdə isə satışlarını 13 faiz artırmışdı.

 

Bəzi analitiklər isə,güclü Avro səbəbilə inkişaf etməkdə olan ölkələrin alıcılıq qabiliyyətinin düşməsinə diqqət çəkirlər. Avro bahalaşdığından Avropadan alınan geyimlər də bahalaşır.

26.02.2018 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ