Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kabel televiziyaları bir xidmət sahəsidir. Bu, abonentlə yayımı təşkil edən arasında olan hüquqi məsələdir və hüquqi cəhətdən tənzimlənməlidir. Milli Televiziya və Radio Şurası isə sadəcə, abonent və kabel yayımını təşkil edənlər üçün normal şərait yaradır. Biz bu şəraiti yaratmışıq”.

 

Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

 

MTRŞ sədri deyib ki, kabel televiziyaları ilə bağlı əhali üçün seçim imkanları çox genişdir: “Azərbaycanda 17 kabel şəbəkəsi, 42 İP TV xidməti göstərən var. Bu, böyük bir seçki imkanıdır və insanlar seçim edəcəklər. Yəni hansı kabel şəbəkəsi çox yaxşı xidmət göstərmirsə, digər kabel şəbəkələrinin xidmətlərindən istifadə edəcəklər. Hesab edirəm ki, bu sahədə ciddi bir problem yoxdur. Kabel şəbəkələri də maraqlıdırlar ki, xidmətləri yüksək səviyyədə olsun və əhali onların xidmətlərindən istifadə etsin. Çünki hər bir abonentin ayrılması kabel şəbəkəsi üçün maddi itkidir”.


MTRŞ sədri bütün dünyada olduğu kimi Azərbaycanda da qanunsuz kabel şəbəkəsi yayımı problemi olduğunu qeyd edib: “İstənilən sahibkar binasında da kabel şəbəkəsi xidməti təşkil edə bilir. Amma mövcud qanunvericiliyə görə, bu sahədə başqalarına xidmət göstərilirsə və vəsait alınırsa, bu, sahibkarlıq fəaliyyətidir. Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur, amma tək MTRŞ bu problemləri həll etmək iqtidarında deyil. Çünki  bu məsələdə əhalinin də, müvafiq dövlət qurumlarının da yardımı lazımdır. Sahibkar öz binasında hansısa kabel şəbəkəsi qurur və orada yaşayan sakinlərə təqdim edir, amma Şuranın bundan xəbəri yoxdur. Nə bundan nə sakinlər, nə də digər orqanlar şikayət edir. Biz bu qanunsuz kabel şəbəkəsi yayımını necə öyrənə bilərik? Biz hər bir binanın qarşısına gedib, qapını döyüb bunu insanlardan soruşmalı deyilik. Təbii ki, bu məsələlərdə cəmiyyət fəal olmalıdır”.

 

APA

26.02.2018 10:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ