Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“AGBank” yeni səhmlərini kütləvi satacaq - ABUNƏ YAZILIŞI BAŞLAYIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AGBank” yeni səhmlərini kütləvi satacaq - ABUNƏ YAZILIŞI BAŞLAYIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə  “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 milyon manat məbləğində 3,5 milyon ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır. Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 14 fevral 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

 

Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti  2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, səhmlərin yerləşdirilməsinə abunə yazılışı 26 fevral 2018-ci il tarixində başlayıb və 26 may 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.

 

Bankın səhmlərini almaq istəyən investorlar səhmlərin yerləşdirilməsi ilə əlaqədar bütün informasiyanı “İnformasiya memorandumu”ndan əldə edə bilər. “İnformasiya memorandumu” ilə investorlar “AG Bankın” ASC-nin rəsmi internet səhifəsi www.agbank.az, Bakı Fond Birjasının rəsmi internet səhifəsi www.bfb.az və “Unicapital İŞ” ASC-nin rəsmi internet səhifəsi www.unicapital.az səhifələrindən tanış ola bilər.

 

Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 milyon manata qədər yüksələcəkdir. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 milyon manata qədər artırılacağı gözlənilir.

 

Bankın səhmdar strukturu

QK Mülkiyyətçisi

 Ümumi miqdarı, ədədlə

 Faiz nisbəti

 Ümumi miqdarı, manatla

Rezident Şirkətlər

              11 458 

0,02242%

22 916 

Qeyri rezident Şirkətlər

         3 506 933 

6,86288%

7 013 866 

Fiziki şəxlər

47 581 609

93,11469%

95 163 218 

CƏMİ

              51 100 000 

100,000%

102 200 000 

 

 “İnformasiya memorandumu”nda qeyd olunur ki, yeni səhm emissiyası bankın maliyyə sabitliyinin güclənməsinə səbəb olacaqdırki bu da bankın gəlirinin artmasına səbəb olacaqdır. Bu isə öz növbəsində bankın dividentlərinin artması ilə nəticələnəcəkdir.

 

Abunə yazılışı 3 ay ərzində həyata keçiriləcək.

 

Abunə yazılışı başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində qiymətli kağızların BFB-də kütləvi yerləşdirilməsinə başlanılacaq və 7 (yeddi) iş günü ərzində yerləşdirilməsi həyata keçiriləcək.

 

Kütləvi təklif olunan əlavə səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

 

-ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;

 

-digər investorlar arasında səhmlərin yerləşdirilməsi.

26.02.2018 15:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ