Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sahibkarlığa Kömək Milli Fondu pulunu növbədənkənar ala bilməyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlığa Kömək Milli Fondu pulunu növbədənkənar ala bilməyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə "Bank Standard"ın ləğvi üzrə növbəti məhkəmə iclası keçirilib.

 

Bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib.

 

Onun sözlərinə görə, iclasda Bankın ləğv planı təsdiq edilməli olsa da, artıq 4-cü dəfə planda qüsurların olduğu üzə çıxıb və sənəd təsdiq olunmayıb. Bu məsələ ilə bağlı növbəti məhkəmə iclası martın 15-də keçiriləcək.

 

"İclasda baş verən mühüm hadisə isə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 20,3 milyon manat məbləğində tələbinin növbədənkənar qaydada qaytarılmasına etirazı oldu. Məlum olduğu kimi, rəhbərlik etdiyim Kreditorlar Komitəsi dəfələrlə bu məsələyə kəskin etiraz edib, onun qanunsuz olduğunu vurğulayıb. O cümlədən iqtisadiyyat nazirinə iki dəfə müraciət etmişik ki, qanunsuz niyyətindən əl çəksin, amma nazirlik israrla cavab verib ki, pulunu hamıdan qabaq götürəcək. Nəhayət, Palata bu məsələyə münasibətini bildirdi: SKMF də digər kreditorlarla bərabər hüquqlara malikdir, heç kəsdən üstün deyil.MBNP-nin nümayəndəsi iclasda bildirdi ki, SKMF-ə eyni yanaşma digər müflis banklarda da olacaq. Ədalətli mövqeyinə görə Palataya minnətdarlığımı bildirir və bundan sonra da müflis bankların ləğvi prosesində kreditorların hamısının marağını müdafiə edəcəyinə ümid edirəm!", - deyə o, qeyd edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

27.02.2018 06:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ