Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət Fondu innovativ layihələrin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Fondu innovativ layihələrin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Fondu İKT sahəsi üzrə innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə növbəti qrant müsabiqəsini elan edir

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrə kiçikhəcmli qrant müsabiqəsi elan edir:

 

-Mütərəqqi proqram təminatının hazırlanması;

-İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;

-İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;

-Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;

-İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

 

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:

1.            Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;

2.            Layihə Azərbaycan Respublikası Prezidentinin 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalıdır;

3.            Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;

4.            Layihə rəhbəri cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak etməlidir.

 

Layihələrin qəbul qaydaları:

Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilməlidir.

 

Təqdim edilmiş layihələr aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:

1.            Layihənin məqsəd və vəzifəsinin aydınlığı;

2.            Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə;

3.            Layihənin kommersiyalaşdırılma potensialı;

4.            Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması;

5.            Layihənin innovasiya yönümlü olması və aktuallığı;

6.            Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı;

7.            Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı;

8.            Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq  əsaslandırılması;

9.            Layihədə aparılan iqtisadi hesablamaların reallığı;

10.          Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti;

11.          Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;

12.          Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Müsabiqənin müddəti:

 

Layihələrin qəbulu 1 mart 2018-ci il tarixdən başlayır və 30 aprel 2018-ci il tarixdə başa çatır.

 

Layihələrin qəbulu üçün son tarix: 30 aprel 2018-ci il, saat 18:00.

 

Əlaqə:
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 4

Telefon: (+99412) 5383787

Faks: (+99412) 5383789

Elektron poçt: [email protected]

27.02.2018 06:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ