Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkəti bazarın 65%-ni tutub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti bazarın 65%-ni tutub

"Araşdırmamıza görə, hazırda təmiz və çirkli su boruları, istilik sistemi boruları, fitinqlər bazarının təxminən 65%-nə METAK hökm edir. Qalan 35% digər yerli və xarici istehsalçılar arasında bölüşdürülür".

 

Reklam_3_11

Bu sözləri “Marja”ya müsahibəsində METAK şirkətinin satış direktoru Tural Xəlfəyev bildirib.

 

"Respublikamızın inşaat materialları bazarında apardığımız sorğuya və hesablamalarımza əsasən bu nisbəti məyyən etmişik. Bu yüskək bazar payı həm malların keyfiyyətli olmasının, həm də uğurlu satış sisteminin nəticəsidir. Biz artıq 7 ildir ki, bazarın lideriyik. İstər xarici, istərsə də yerli şirkətlərin plastik boruları arasında ən çox METAK boruları satılır", - Xəlfəyev əlavə edib.

 

METAK-ın satış direktoru bildirib ki, bazarda əsasən Türkitə istehsalçıları ilə bərabər, 10-na yaxın yerli istehsalçı təmsil olunur:

 

"Yerli plastik boru istehsalçılarının sayı 10-na qədərdir. Bunların arasında həddindən artıq keyfiyyətsiz məhsullar istehsal edən şirkətlər də var. Qeyd edim ki, yerli istehsalçılar arasında ən çox çeşid METAK-dadır. Biz latun detalları da özümüz istehsal edirik". 

 

Tural Xəlfəyev qeyd etdi ki, br sıra rəqiblər abırsızcasına METAK məhsullarını gözdən salmağa çalışırlar: 

 

"Biz böyük zəhmət hesabına, illər ərzində əhalinin yerli plastik boruya güvənini yaratmışıq. Bu gün rəqiblərimiz də bu güvəndən bəhrələnirlər. Digər istehsalçıların bizim böyük əziyyətlə yaratdığımız bu inamadan bəhrələnmələrindən bir şərtlə məmnun olardıq ki, onlar yaradılmış güvəni korlamasınlar. Heyfslənərək qeyd etmək istərdim ki, bir çox yerli istehsalçılar keyfiyyətini, xidmətini gücləndirmək yerinə biri-birilərinin, ən çox da bizim məhsullarımızın qara PR-ı ilə məşğul olurlar.  

 

Biz həmişə rəqiblərimizə hörmətlə yanaşmışıq və yerli bazarı xarici firmalar ilə bölüşməkdənsə, yerli firmalarla bölüşməyin tərəfdarıyıq. Rəqabət inkişaf etmək üçün stimuldur. Bir şərtlə ki, rəqabət ədalətli olmalıdır."  

27.02.2018 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ