Apple üç yeni iPhone modelinin buraxılışına hazırlaşır
"Apple şirkəti bu ilin sonunda üç yeni iPhone modelini satışa çıxarmağa hazırlaşır. Onlardan biri indiyədək buraxılmış ən böyük iPhone olacaqdır. Digəri iPhone X-ın təkmilləşdirilmiş versiyası, üçüncüsü isə daha ucuz iPhon olacaqdır",- "Marja" xəbər verir ki, "Bloomberg" yazır.
Mövzuya yaxın mənbələrin "Bloomberg"ə verdiyi məlumata görə, Apple bu günə qədər çıxardığı ən böyük ekrana malik iPhone modelini bu il ərzində bazara çıxaracaq. Eyni zamanda Apple, iPhone X-ın inkişaf etdirilmiş modeli ilə yanaşı, bəzi mühüm xüsusiyyətlərini daşıyan daha ucuz bir başqa modeli bazara çılxarmağa hazırlaşır (Ən böyük ekranlı iPhone, təkmilləşdirilmiş iPhone X və ucuz iPhone).
Mənbələr, Apple-ın istehsalçılarla yeni modellərin istehsal testinə başladığını, yeni modellərin bu payızda bazara çıxarılacağını bildirib.
Mütəxəssislərə görə, daha böyük ekranlı yeni iPhone modeli iPhone 6-da olduğu kimi Apple-ın satışlarına təkan verə bilər. Hətta Apple-ın iPhone müştəriləri 10 faiz arta bilər. Ən böyük satış sıçrayışının Asiyada görülməsi mümkündür.
Appleın böyük ekranlı iPhone modelinin ekranının 6,5 düymə yaxın olacağı gözlənilir. Telefonun fiziki ölçüsü iPhone 8 Plus kimi olacaq, ancaq iPhone X-in künclərə qədər yayılan "tam ekran" texnologiyasının istifadə edilməsilə ekran ölçünün mövcud telefonların ən böyüyü olması gözlənilir.
Üç yeni modelin iOS 12 adı verilməsi gözlənilən yenilənmiş əməliyyat sistemini istifadə edəcəyi gözlənilir. Ucuz modeldə isə üz tanıma və tam ekran texnologiyalarından istifadə edilməsi gözləntilər arasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
17 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
20 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
20 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl