Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Azdrama”nın arxasında yeraltı avtomobil dayanacağı tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azdrama”nın arxasında yeraltı avtomobil dayanacağı tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi” və “Təzəpir” məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində “Təzəpir” məscidi qarşısında, sahəsi 11 631 kvadratmetr olan, 338 avtomobil üçün yeraltı avtodayanacaq salınacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, bundan başqa, layihə çərçivəsində Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən uzunluğu 112 və eni 52 m olan piyada körpüsü, 11 650 kvadratmetr park, həmçinin 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub.

 

“Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır”, - deyə A. Nəcəfli vurğulayıb.

 

©APA

27.02.2018 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ