Mobil manşet üstü reklam-3_21

"Azərbaycan Tələbə kartı"nın iştirakçı şirkətləri arasına qoşulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Tələbə kartı"nın iştirakçı şirkətləri arasına qoşulub

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında yer alan "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi yarımbəndinə uyğun olaraq 2012-ci ildən etibarən Azərbaycanda bütün tələbələrə «Azərbaycan Tələbə Kartı" təqdim edilmişdir.

 

Reklam_3_11

Layihənin icraçıları AR Gənclər və İdman Nazirliyi və AR Təhsil Nazirliyidir. Layihənin icrasının bir hissəsi aidiyyatı qurumlar tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına tapşırılmışdır.

 

Artıq "Günay Sığorta" şirkəti də "Azərbaycan Tələbə kartı" layihəsinin iştirakçı şirkətləri arasına qoşulub. Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, bu kart vasitəsi ilə tələbələrimiz Günay Sığortadan təhsil, səyahət, yarış və s. məqsədlər üçün dünyanın istənilən ölkəsinə səfər edərkən 20% endirimlə səyahət sığortasını əldə edə bilərlər. 

 

Azərbaycan Tələbə Kartı "Avropa Gənclər Kartı (European Youth Card) " şəbəkəsinin daxilində fəaliyyət göstərir. Avropanın 37 ölkəsində 5 milyondan çox kart tələbələrə təqdim olunub və beləliklə Avropada təhsil alan tələbələrimiz də ölkəmizdə səfərdə olarkən bu güzəştdən yararlana bilərlər.

27.01.2017 07:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ