Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın 10%-i sahibkardır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın 10%-i sahibkardır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib.

 

Reklam_3_11

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov fevralın 27-də "Kiçik sahibkarlığa dəstək" mövzusunda keçirilən konfransda deyib.

 

Nazir müavini qeyri-neft sektorunun və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılmasında, məşğulluğun təmin edilməsində rolunu vurğulayıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova özəl bölmənin inkişafında qadınların rolu, qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlər, bu sahədə yaradılmış geniş imkanlardan danışıb.

 

Konfrans çərçivəsində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası açılıb. Yarmarkada 200-dək kiçik sahibkarın əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırılma məhsulları və s. nümayiş etdirilir və satışı təşkil olunur.

 

Sərgi saat 20.00-dək davam edəcək.

 

© Azərtac

27.02.2018 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ