Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan-İran sərhədində 24 saatlıq iş rejimi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan-İran sərhədində 24 saatlıq iş rejimi!

Azərbaycan-İran sərhədində yaranan mövsümi növbələrin aradan qaldırılması üçün təkliflər hazırlanıb.

 

Bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitənin sədri Aydın Əliyev bildirib.

 

Onun sözlərinə görə, artıq bununla bağlı razılıq əldə olunub. “İran tərəfi 24 saatlıq iş rejiminə keçməklə bağlı öz təklifini bildirib. Biz də müraciət etmişik ki, Gömrük Komitəsinə müvafiq kadr sahəsində, bu istiqamətdə kadrların artırılması istiqamətində köməklik lazımdır,” – deyə A. Əliyev qeyd edib.

 

Komitə sədri bununla bağlı hökumət və maliyyə nazirliyinə təkliflərin verildiyini də bildirib: “Bununla bağlı müəyyən təşkilati işlər də var. Mənə elə gəlir ki, 24 saatlıq iş rejiminə keçəndən sonra bu tıxaclar aradan qaldırılacaq”.

 

© APA

27.02.2018 10:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ