Ən yuxarı (mobil)_30

Abşeron mərkəzi xəstəxanasından qəribə satınalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Abşeron mərkəzi xəstəxanasından qəribə satınalma

Abşeron rayon Mərkəzi Xəstəxanası fevralın 23-də "Master-M" MMC ilə beş satınalma müqaviləsi imzalayıb. Tərəflərin bir-birini necə tapması sirr olaraq qalır.

 

Tender Komissiyasında deyiblər ki, "Master-M" MMC kotirovka sorğusu ilə seçilib. Tender komissiyasının üzvü Şəmsiyə Abdullayeva qeyd edib ki, müsabiqənin qalibi tələb olunan satınalmalar üzrə təcrübəyə malikdir.

 

Ancaq araşdırma zamanı məlum olub ki, Abşeron rayon Mərkəzi Xəstəxanası bu satınalmanı nə KİV-də, nə də İqtisadiyyat Nazirliyinin www.tender.gov.az saytında elan edib.

 

"Master-M" MMC satınalma tenderindən qısa bir müddət əvvəl - bu il yanvarın 19-da Quba rayonunun Alekseyevka kəndində yaradılıb. Xəstəxana ilə yumşaq avadanlıqlar, dəftərxana ləvazimatı, çap xidmətləri və digər xərclər üzrə müqavilələrin dəyəri 131 min manat təşkil edib.

 

© Turan

27.02.2018 12:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ