Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Türkiyə şirkətləri birgə müəssisə yartdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Türkiyə şirkətləri birgə müəssisə yartdı

Nobel Oil Services şirkətlər qrupuna daxil olan PROKON və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən GAMA Industry Inc. yeni birgə müəssisə yaradıblar.

 

Reklam_3_11

ProkonGama adlanan yeni şirkət ən yüksək səviyyədə xidmətlər göstərmək məqsədi ilə hər iki şirkətin təcrübə və bacarıqlarını özündə birləşdirəcək.

 

Bu barədə "Marja"ya Nobel Oil Services-dən bildirilib.


PROKON bir sıra uğurlu layihələri həyata keçirməklə sürətli inkişafa nail olmuşdur. PROKON müştəri gözləntilərini üstələyən etibarlı tərəfdaş və xidmət təchizatçısı kimi peşəkar reputasiya qazanmışdır və ölkədə irimiqyaslı tikinti layihələrini həyata keçirmək təcrübəsinə və imkanlarına malik aparıcı şirkətlərdən birinə çevrilmişdir. PROKON-un ən son iştirak etdiyi layihələrdən biri Karbamid zavodunun tikintisidir. SOCAR, Samsung Engineering, BP, Technip, Norm, Biwater, CTIEC, GAMA Industry Inc. kimi şirkətlər onun əsas müştəriləri və tərəfdaşları sırasındadır.


GAMA Industry Inc. Türkiyə, Rusiya, Malayziya, Səudiyyə Ərəbistan, Azərbaycan, Qazaxıstan, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Avropanın bir sıra digər ölkələrində 300-dən çox irimiqyaslı layihələri həyata keçirərək sənaye tikintisi sektorunda böyük iş təcrübəsinə malikdir. GAMA Industry Inc. şirkətinin portfelinə istilik və hidroelektrik stansiyalarının, neft emalı, qaz emalı, neft-kimya, dəmir və poladəritmə və sement zavodlarının, boru kəmərlərinin, dambaların, yeraltı nəqliyyat sistemlərinin, infrastruktur obyektlərinin tikintisi və quraşdırılması daxildir.


Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi, 2012-ci ildə Azərbaycanda yaradılan PROKON qısa müddətdə ölkədə böyük sənaye layihələrinin tikintisini həyata keçirən şirkətlərdən birinə çevrilmişdir.


PROKON həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. PROKON, eləcə də Nobel Oil, şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülmüşdür.

27.02.2018 14:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ