Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-ın prezidenti Sumqayıtda zavodları gəzib, müşavirə keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın prezidenti Sumqayıtda zavodları gəzib, müşavirə keçirib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri fevralın 27-də SOCAR-ın Sumqayıtda yerləşən müəssisələrində olublar.

 

Əvvəlcə Rövnəq Abdullayev Karbamid zavodunda aparılan tikinti işləri ilə maraqlanıb. 

 

SOCAR-ın rəsmiləri zavodun ərazisini gəzib, Mərkəzi İdarəetmə Sistemi ilə tanış olub, karbamid saxlanılacaq anbarlara baxış keçirib, mütəxəssislərlə görüşüblər.

 

Sonra SOCAR Polymer müəssisəsində istehsalatın müxtəlif zonaları və tikinti-tamamlanma işlərinin gedişi ilə tanışlıq olub.

 

Daha sonra SOCAR-ın rəsmiləri “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna gəliblər. Burada aparılan işlərin gedişi və yeni qurğuların tikintisi ilə maraqlanan R.Abdullayevə məlumat verilib ki, hazırda “Azərikimya” İB-də texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğuların və yardımçı sahələrin inşası davam etdirilir.

 

SOCAR-ın prezidenti Sumqayıt şəhərindəki cüdo idman zalında aparılan əsaslı təmir işləri ilə də tanış olub.

 

Sonda “Azərikimya” İB-nin baş ofisindəki konfrans zalında vitse-prezidentlərin, SOCAR Polymer və Karbamid zavodlarının, həmçinin Birliyin nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

 

Müşavirədə reallaşdırılan layihələrin vəziyyəti ilə bağlı SOCAR-ın prezidentinə məlumatlar verilib, təqdimatlar ətrafında geniş müzakirələr aparılıb. R.Abdullayev müzakirə olunan məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

27.02.2018 17:48

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ