SOCAR istiqrazları ilə bağlı yeni kampaniya – KOMİSSİYA TUTULMAYACAQ
Azərbaycanın qiymətli kağızlar bazarında maraqlı aksiya başlayıb.
"AzFinans" İnvestisiya Şirkəti ölkədə ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazları ilə bağlı kampaniya elan edib. Bu barədə şirkətin direktor müavini İntiqam Səfərəliyev bildirib. Kampaniyaya əsasən, qarşıdakı 2 həftə ərzində bu şirkətdən SOCAR istiqrazı alan şəxslər komissiya ödəməyəcəklər.
Direktor müavininin sözlərinə görə, bu kampaniya SOCAR istiqrazları almaq üçün şirkətə müraciət edən müştərilərin maraqlarını təmin etmək məqsədi daşıyır. Belə ki, müraciət edənlərin ən çox maraqlandıran məsələ SOCAR istiqrazlarını alarkən nə qədər komissiya ödəyəcəkləridir: İnvestorlar istiqrazın net gəlirini bank depoziti ilə müqayisə etmək üçün komissiya haqları ilə maraqlanırlar. Ona görə də biz 2 həftəlik kampaniya elan etmişik.
2 həftə davam edəcək kampaniya çərçivəsində SOCAR istiqrazı alan müştərilərin bütün komissiyalarını "AzFinans" şirkəti ödəyəcək. "Kampaniya 3 fevraladək davam edəcək. Bu, şirkət olaraq müştəri qazanmaq üçün bizə dəyər qatır".
Şirkət rəsmisinin sözlərinə görə, SOCAR istiqrazları üzrə aparılmış PR kampaniyası öz işini görüb. İnsanlar istiqrazlar üzrə bütün vacib məqamları bilir və investisiya etmək üçün müraciət edirlər. Prosesi ilk dəfə həyata keçirən şəxslər ikinci dəfə daha böyük məbləğlə müraciət edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
6 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
9 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
9 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 13 saat əvvəl
- 13 saat əvvəl