Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

“Bank Respublika” növbədənkənar yığıncaq çağırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika” növbədənkənar yığıncaq çağırdı

30 Mart 2018-ci il tarixində “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcəkdir.

 

“Marja” Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi, yeni səhmlərin buraxılması və nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq Bankın nizamnaməsinə müvafiq dəyişikliyin və Audit Komitəsinin tərkibinin təsdiq edilməsi daxildir.  

 

Yığıncaq Bankın Baş ofisində keçiriləcəkdir.

 

BU AY KAPİTALINI 10 MİLYON MANAT ARTIRMIŞDIR

 

Xəbər verdiyimiz kimi, 14 fevral 2018-ci il tarixində yekunlaşmış əməliyyat ilə “Bank Respublika” ASC-nin hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 səhmləri yerləşdirilmişdir. Yerləşdirmə nəticəsində Bankın nizamanmə kapitalı 10 milyon 67 min manat artaraq 67 milyon 461 min 88,1 manata çatmışdır. “Bank Respublika” ASC-nin emissiya etdiyi yeni səhmləri mövcud səhmdarlardan biri olan Natiq Quliyev tərəfindən alınmışdır. 

 

SƏHMDARLAR 20 MİLYON MANAT ARTIM ÜÇÜN RAZILAŞIB

 

Bir müddət öncə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirmişdi ki, nizamnamə kapitalının 10 milyon manat artırılmasından əlavə, 2018-ci il ərzində kapitalın daha 20 milyon manat məbləğində artırılması ilə bağlı səhmdarlar arasında razılıq əldə olunub.

 

“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü

Səhmdarlar

Əvvəl

İndi

Səhm sayı

Faiz nisbəti

Səhm sayı

Faiz nisbəti

"DEG" investisiya şirkəti (Almaniya)

2 548 372

10,8656%

2 548 372

9,2550%

"Sparkassen International Development Trust" şirkəti (Almaniya)

1 274 179

5,4328%

1 274 179

4,6275%

Natiq Saday oğlu Quliyev

10 711 410

45,6709%

14 793 070

53,7243%

Elçin Saday oğlu Quliyev

2 320 331

9,8933%

2 320 331

8,4268%

Sevda Saday qızı Quliyeva

2 221 229

9,4708%

2 221 229

8,0669%

Saday Əsəd oğlu Quliyev

2 196 078

9,3635%

2 196 078

7,9755%

Mariya Heydər qızı Quliyeva

2 150 841

9,1707%

2 150 841

7,8113%

Digər 3 hüquqi və 9 fiziki şəxs

31 038

0,1323%

31 038

0,1127%

Cəmi

23 453 478

100%

27 535 138

100,0000%

Nizamnamə kapitalı

57 461 021,1 manat

67 461 088,1 manat

28.02.2018 04:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ