Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro ilə bağlı kritik məlumatlar açıqlanacaq - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro ilə bağlı kritik məlumatlar açıqlanacaq - GÜNƏ BAXIŞ

Bazar ertəsinin zəif dalğalanması güclü volatilliklə əvəz edilib və bu gün də güclü hadisələrin olacağı gözlənilir.


 

EUR 1.22$-a kimi ucuzlaşdı

 

Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin çərşənbə axşamı gözlənilənlərdən yüksək açıqlanması, Avrozonada inflyasiyanın təzyiq altında olduğu bir vaxtda EUR/USD məzənnəsinin də 1.22$-a kimi ucuzlaşmasına səbəb olub. Avronun gələcək qiyməti üçün isə bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonada inflyasiya ilə bağlı statistik məlumatlar önəmli rol oynayacaqdır.

 

GBP və “BREKSİT”-in ikinci mərhələsi 

 

1.3900$-a ticarət edilən GBP/USD məzənnəsi də 1.3785$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, İngiltərə höküməti tərəfindən “BREKSİT”-dən sonraki iqtisadi münasibətlərlə bağlı AB-yə təqdim edilən təkliflər böyük narazılıqlarla qarşılaşıb. Cümə günü isə baş nazir Tereza Meyin təkliflərlə bağlı açıqlamaları gözlənilir.

 

Qızıl 1313$-a kimi dəyər itirdi

 

Dünya valyuta birjalarında yüksək dalğalanma qızıl qiymətlərinin də ucuzlaşmasına təsir edib. Beləliklə, 1313$-a kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti əlavə olaraq 1302$-a kimi də dəyər itirə bilər.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

28.02.2018 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ