Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

“Azercell Telekom” maliyyə vəziyyətini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azercell Telekom” maliyyə vəziyyətini açıqladı

2016-ci ili 81 milyon 425 min manat xalis mənfəətlə başa vurmuş “Azercell Telekom” MMC 2017-ci ili 19 milyon 357 min manat zərər ilə bağlayıb.

 

Reklam_3_11

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il şirkətin cəmi gəlirləri ilə bərabər xərcləri də artıb.

 

Belə ki, şirkətin cəmi gəlirləri 2016-cı ildəki 392 milyon 880 min manatdan 2017-də 411 milyon 441 min manata, xərcləri isə 304 milyon 387 min manatdan 397 milyon 151 min manata yüksəlib. Xərclər çıxıldıqdan sonra Azercell-in 14 milyon 290 min manat əməliyyat mənfəəti qalıb. Lakin valyutaların məzənnələrinin dəyişməsi nəticəsində şirkət 13 milyon 41 min manat zərər etdiyindən mənfəəti 2 milyon 805 min manata düşüb. 22 milyon 162 min manat mənfəət vergisi xərcinə görə, “Azercell Telekom”  ötən ili 19 milyon 357 min manat zərər ilə bağlayıb.

 

2016-cı ildə Azercell valyuta məzənnələrinin dəyişməsi nəticəsində 44 milyon manat gəlir əldə etmişdi. 

 

2016-cı illə müqayisədə 2017-də şirkətin gəlirləri 18,6 milyon manat və ya 4,7% artsa da, xərcləri 92,8 milyon manat və ya 30,5% artıb.

 

Azercell 2016-cı ildə dövlət büdcəsinə 53 milyon 301 min manat mənfəət vegisi ödəmişdi. 2017-də bu ödəmə təxminən 2,4 dəfə azalıb.

 

CÜZİ KİÇİLİB

 

31 Dekabr 2017-ci il tarixində “Azercell Telekom” 916 milyon 352 min manat cəmi aktivlərə, 87 milyon 614 min manat cəmi öhdəliklərə və 828 milyon 738 min manat cəmi kapitala malik olub.

 

31 Dekabr 2016-cı il tarixində “Azercell Telekom” 921 milyon 619 min manat cəmi aktivlərə, 73 milyon 524 min manat cəmi öhdəliklərə və 848 milyon 95 min manat cəmi kapitala malik idi.

 

Ötən illərdə dolların bahalaşması ilə idxal olunan avadanlıqların Manat ilə ifadədə alış xərclərinin artması, şirkətin bağlanmış banklarda 103 milyon manat dondurulmuş vəsaitlərinin mövcud olması və öncədən büdcəyə ödənilmiş vergi şirkətin zərərinin yaranmasının səbəbləri ola bilər.

28.02.2018 07:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ