Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AccessBank-ın iki müştərisi "iPhone X" qazandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank-ın iki müştərisi "iPhone X" qazandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

AccessBank tərəfindən 2017-ci ilin noyabrın 27-dən 2018-ci ilin yanvarın 31-dək keçirilən "Hər tərəfdən sərfəli!" kampaniyasının qalibləri müəyyənləşib. Mükafatlandırma bu gün bankın baş ofisində baş tutub.

Reklam_3_11

 

Kampaniya çərçivəsində AccessBank tərəfindən dövriyyəyə buraxılmış "Visa" və "Mastercard" ödəniş kartları vasitəsilə ən iri məbləğdə və ən çox sayda əməliyyat həyata keçirən hər iki şəxs "iPhone X" qazanıb.

 

AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin rəhbəri Günay Cəlilova  "Hər tərəfdən sərfəli!" kampaniyanın uğurlu olduğunu bildirib: "Bildiyiniz kimi, kampaniya çərçivəsində "Mastercard Debit", "Mastercard Standard", "Mastercard Gold", "Visa Classic" və "Visa Gold" kartları müştərilərə 50% endirimlə təklif olunub. Müştərilərimiz yarı qiymətə ödəniş kartı əldə etməklə yanaşı, "iPhone X" udmaq şansını da qazanıblar. Kampaniyanın nəticəsi olaraq, bu müddət ərzində müştərilərə təqdim olunan ödəniş kartlarının sayı əhəmiyyətli dərəcədə artıb. Çox sevindiricidir ki, bankın təklif etdiyi şərtlər müştərilər tərəfindən maraqla qarşılanıb. Kampaniyanın keçirilməsində əsas məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına dəstək verməkdir və bu istiqamətdə atdığımız addımlar davamlı olacaq".

28.02.2018 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ