Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“SOCAR Turkey Enerji” və BP müqavilə imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR Turkey Enerji” və BP müqavilə imzaladı

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” və BP şirkəti arasında lisenziya müqaviləsi imzalanıb.

 

Reklam_3_11

BP şirkətinin yaydığı məlumata görə, bu müqaviləyə əsasən Böyük Britaniya şirkəti “SOCAR Turkey Enerji”yə təmizlənmiş tereftal turşusu (PTA) istehsalı üçün yeni nəsil texnologiya ilə təmin edəcək.

 

Məlumata görə, “SOCAR Turkey Enerji” bu texnologiyanı özünün Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində inşa etdiyi illik 900 min ton məhsul istehsal gücü olan yeni neft emalı zavodunda istifadə edəcək.

 

Qeyd edək ki, SOCAR-ın Petkim yarımadasında inşa ediləcək ikinci yeni zavod 2023-cü ildə son investisiya qərarının qəbulundan sonra fəaliyyətə başlayacaq.

 

Xatırladaq ki, PTA tekstil və qablaşdırma sənayesində istifadə edilən poliefirlər üçün əsas xammalı təşkil edir.

 

© APA

28.02.2018 08:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ