Ən yuxarı statik reklam_3

Avqustda Karbamid Zavodunda ilk məhsul istehsal olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avqustda Karbamid Zavodunda ilk məhsul istehsal olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq.

 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

 

Zavodda ilk məhsul - ammonyakın istehsalı bu ilin avqust ayına planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu - azot gübrəsi (karbamid) istehsal olunacaq: “İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə, Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 mln. dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaitinin gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

 

Qeyd edək ki, ötən gün SOCAR prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri Sumqayıtda olublar.

 

Sumqayıta işgüzar səfəri çərçivəsində, SOCAR-ın prezidenti “Azərikimya” İB, “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrində baxışlar keçirib, yeni zavodlarda istismarın başlanması ərəfəsində hazırlıq işlərinə dair təlimatlar verib. “Azərikimya”da hazırda texnoloji qurğuların yenilənməsi üzrə işlər davam edir. Bununla yanaşı, müəssisədə yeni qurğuların və yardımçı sahələrinin inşası işləri aparılır. “Azərkimya” İB üzrə yenidənqurma işlərinin 2019-cu ildə tamamlanması nəzərdə tutulur.

28.02.2018 09:35

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ