Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“PRONET Prospect ERP” və Veysəloğlu saziş imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PRONET Prospect ERP” və Veysəloğlu saziş imzaladı

Azərbaycanın İT və proqram təminatı bazarında 15 illik uğurlu fəaliyyəti ilə ciddi mövqeyə sahib PRONET Prospect ERP şirkəti ölkənin ən iri holdinqlərindən biri olan Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq barədə saziş imzalayıb. Bu barədə "Marja"ya "PRONET Prospect ERP" şirkətindən bildirilib.

 

Reklam_3_11

Bir müddət əvvəl  orta sahibkarlıq subyektləri üçün İnsan Resurslarının səmərəli idarəedilməsi həlli olan ProİD yaradılıb. Şirkətdə işçi heyətini, davamiyyət, ezamiyyət, məzuniyyət, əməkhaqqı və digər bu kimi proseslərin səmərəli idarəedilməsi imkanı yaradan ProİD, müəssisə və ya şirkətləin, holdinq və korporasiyaların diqqət mərkəzindədir. Artıq onların sırasına Veysəloğlu Şirkətlər Qrupu da daxil olub.

 

Veysəloğlu Şirkətlər Qrupunda İnsan Resurslarının idarə olunmasının əməkhaqqı, davamiyyət, işə qəbul, daxili sənədlərin idarə olunması, təlim və KPİ prosesləri  üzrə  avtomatlaşdırma işləri aparılacaq.

 

Veysəloğlu Şirkətlər Qrupu geniş ticarət şəbəkəsi olub yüksək səviyyəli xidməti ilə seçilən müasir holdinqlərdən biridir. Şirkətlər Qrupuna Veysəloğlu MMC, Ulduz şokolad fabriki, Araz Supermarketlər şəbəkəsi, OBA mağazalar şəbəkəsi, Entree kafeləri və s.  kimi şirkətlər daxildir.

28.02.2018 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ