Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlər "Azercell"ə keçir - SAYI AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər "Azercell"ə keçir - SAYI AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"2017-ci ildə 1400-dən artıq yeni şirkət öz rabitəsini "Azercell"ə etibar edərək korporativ müştərilər sırasına qoşulub".

 

Bunu 2017-ci il fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev deyib.

 

"2017-ci ildə "Azercell"in korporativ müştəriləri arasında smartfon istifadəçilərinin sayı ötən illərlə müqayisədə 9%, 4G-dən istifadə isə 54% artıb, əvvəlki illə müqayisədə isə 55% daha çox internetdən istifadə edilib. Bundan başqa, LTE dən istifadə 2 dəfə artıb", - deyə V.Mürsəliyev vurğulayıb.

 

50%-Ə YAXIN BAZAR PAYI

 

V.Mürəsliyevin sözlərinə görə, "Azercell" Azərbaycan mobil rabitə sektorunda 48,2% bazar payına malikdir və ölkə ərazisinin 80%, əhalinin isə 99,8%-ni əhatə edir.

 

"Hazırda 4,5 mln. abunəçi "Azercell"in mobil xidmətlərinə üstünlük verir. Şirkət ötən il dövlət büdcəsinə 179,7 mln. manat, 21 il ərzində isə dövlət büdcəsinə 1 mlrd. 637,5 mln. manat vergi ödəyib. "Azercell" ölkədə telekommunikasiyanın inkişafına 2017-ci ildə 41 mln. 837 min 259 manat, 1996-2017-ci illər ərzində isə 1 mlrd. 467 mln. 779 min 40 dollar sərmayə yatırıb", - deyə V.Mürsəliyev vurğulayıb.

28.02.2018 10:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ