Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Azərbaycana maliyyə yardımının azalacağı ilə bağlı məlumatlara münasibət bildirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana maliyyə yardımının azalacağı ilə bağlı məlumatlara münasibət bildirdi

 

"ABŞ-ın növbəti maliyyə ili üçün büdcəsi ilə bağlı hələlik qərar verilməyib.

 

Ona görə də Azərbaycana ediləcək yardımın azaldılacağı ilə bağlı konkret şərh verə bilmərəm".  

 

Bunu Xaçmazda səfərdə olan USAİD-in rəhbərinin Avropa və Asiya üzrə müavini Brok Bierman növbəti ilin büdcəsində USAİD-in Azərbaycana maliyyə dəstəyinin azaldılacağı ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

 

"Lakin ümid edirik ki, proqramları və Azərbaycanla əməkdaşlığımızı davam etdirəcək, bu gün gördüyümüz nəticələri gələcəkdə də görə biləcəyik. Bugünkü nəticələr iki ölkə arasında əməkdaşlığın gücünü göstərir”, - deyə o bildirib.

 

USAİD rəsmisinin sözlərinə görə, Azərbaycanda dövlət qurumları ilə faydalı müzakirələr aparıb, müxtəlif proqramlar müzakirə edilib: “İnanırıq ki, yaxşı nəticələr olacaq. Münasibətlərin qurulması vacibdir. Ümid edirəm ki, Azərbaycanda bir sıra nazirliklərlə münasibətlər quracağıq”

 

©APA

28.02.2018 13:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ