Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana müsbət diaqnozlar qoyulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana müsbət diaqnozlar qoyulur

"Azərbaycanda aprel ayından başlayaraq müsbət iqtisadi vəziyyət, makro-iqtisadi stabillik müşahidə olunur".

 

Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında agentliyin inkişaf etməkdə olan ölkələr üzrə direktoru Ameliya Roux deyib.

 

Onun sözlərinə görə, ölkədə dollarlaşma səviyyəsi müəyyən qədər səngiyib. "Bu da son aylarda manata olan etibarın artması ilə əlaqədardır. Digər müsbət sabitləşmə odur ki, qeyri-neft sektorunda da ixracatda müsbət irəliləyiş hiss olunur. Devalvasiya bu gedişata müsbət təsir edib. Düşünürük ki, növbəti illərdə neft qiymətləri 50 dolların üzərində olacaq, bu da stabilləşmə ilə bağlı proqnozumuzu dəstəkləyir".

 

A. Roux əlavə edib ki, Azərbaycanda bank sektorunda müsbət dinamika müşahidə olunsa da, sektorda həssaslıq qalmaqdadır. "Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının həyata keçirilməsi ilə çox çətin məsələ öz həllini tapdı. Düşünürük ki, bu da iqtisadiyyatın yaxşılaşdırılmasına təsirini göstərəcək".

 

"2018-ci ildə Azərbaycanda tədiyyə balansı profisitə keçə bilər".

 

Ameliya Roux qeyd edib ki, 2018-ci ildə Azərbaycanda tədiyyə balansı profisitə keçə bilər

 

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycan daha müsbət mövqedədir: "Qazaxıstanla müqayisədə son beş ildə Azərbaycanda ÜDM daha yüksək olub. Buna baxmayaraq, neft qiymətlərinin şoku Azərbaycanda daha çox hiss olunub. Üzən məzənnənin kotirovkası da davam edir. Büdcə 2018-ci ildə transfertlərdən asılı olacaq. Dövlət Neft Fondu, o cümlədən digər qurumların dövlət büdcəsinə transfertləri inflyasiyanı cilovlamağa imkan verəcək".

 

© APA

01.03.2018 07:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ