Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanda valyuta bazarı özünütənzimləmə rejimində işləyir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda valyuta bazarı özünütənzimləmə rejimində işləyir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu gün Azərbaycanda tətbiq olunan məzənnə bazardakı tələb və təklifdən asılı olaraq formalaşır".

 

Reklam_3_11

Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında Azərbaycan Mərkəzi Bankının Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov deyib.

 

Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayına qədər banklar xarici valyutanı istədiyi məzənə ilə sata bilməzdilər: "2017-ci ilin yanvarında dörd faizlik marja aradan qaldırıldı. O vaxtdan etibarən banklar xarici valyutanı istədiyi məzənə ilə satırlar. Fikri verirsinizsə, banklar xarici valyutanı rəsmi məzənnəyə daha yaxın məzənnə ilə satırlar. Bu da o deməkdir ki, bu məzənnə bazarın müəyyən etdiyi məzənnədir. Valyuta bazarının statistikasına baxsanız, görərsiniz ki, valyuta bazarı özünütənzimləmə rejimində işləyir. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da Mərkəzi Bank valyuta bazarındakı proseslərə təsir göstərir. Çünki, məzənnə pul siyasətinin vacib transmissiya kanallarından biridir. Buna görə biz pul siyasətinə dair qərarlar qəbul edərkən bunun məzənnəyə necə təsir edə biləcəyini nəzərə alırıq. Yaradılmış monetar şərait valyuta bazarında da vəziyyəti stabilləşdirib. 2017-ci ilin əvvəllərində pul kütləsinin azaldılması valyuta bazarında vəziyyəti stabilləşdirib. Tədiyyə balansındakı profisit valyuta bazarına müsbət təsir etdikcə, monetar şərait də tədricən yumşalıb. 2017-ci il ərzində manat və pul bazarı 8,7 faiz artıb. Tədiyyə balansındakı profisitin 2018-ci ildə də davam edəcəyini gözləyirik. Makro-iqtisadi şərait imkan verir ki, valyuta bazarında qeyri-stabillik yaratmadan pul siyasətini yumşaldaq. İlin qalan dövründə inflyasiya proqnozunun reallaşmasından asılı olaraq faiz dəhlizi parametrlərinin də azalma istiqamətində dəyişəcəyini məqbul hesab edirik". 

 

© APA

01.03.2018 08:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ