Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

2018-də “Nar” baza stansiyalarının sayında 25%-dək artım planlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-də “Nar” baza stansiyalarının sayında 25%-dək artım planlaşdırılır

 

“Nar” 2018-ci ildə də şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirməyi, həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır.

 

Belə ki, il ərzində şəbəkənin inkişafı və təkmilləşdirilməsi işləri çərçivəsində respublikanın bölgələrinə xüsusi diqqət ayrılması nəzərdə tutub. 4G (LTE) texnologiyasının əhatə dairəsinin bölgələrdə genişləndirilməsi, eyni zamanda 3G texnologiyasının daha da təkmilləşdirilməsi  tədbirlər planının əsas məqamlarındandır. Müvafiq olaraq, Bakı və Abşeron yarımadasında LTE texnologiyasının inkişaf etdirilməsi istiqamətindəki işlər 2018-ci ildə də davam edəcək və abunəçilər daha keyfiyyətli rabitə xidmətlərindən faydalanacaqlar. Ümumilikdə, ötən ilin sonuna olan mövcud baza stansiyalarının sayı ilə müqayisədə şəbəkədə baza stansiyalarının 25%-dək artımı nəzərdə tutulub.  

 

Xatırladaq ki, aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də LTE xidmətini abunəçilərinin istifadəsinə təqdim edib. Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər. Gəncə şəhərindəki “Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazanıblar.

 

“Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.   

01.03.2018 13:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ