Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Fed sədri: İqtisadiyyatda həddindən artıq "qızma" yoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed sədri: İqtisadiyyatda həddindən artıq "qızma" yoxdur

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerome Pauell (Jerome Powell ) ABŞ Senatında da pul siyasəti təqdimatını edib.

 

"Marja" xəbər verir ki, Nümayəndələr Palatasında çərşənbə günü keçirdiyi təqdimatı təkrar edən Pauell, iqtisadiyyatın güclü olduğunu, iqtisadiyyatın qarşılaşdığı bəzi böyük problemlərin artıq problem olmaqdan çıxdığını və inflyasiyanın 2%-ə doğru yüksəldiyini deyib.


 
Sədr, həddindən artıq isinmə və inflyasiyanın yüksəlməsi arasında tarazlıq yaradılması lazım olduğunu bildirib. Pauell maaşlarda güclü yüksəlişə dair bir dəlil olmadığını deyib.


 
Pauell Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsindəki çıxışında iqtisadiyyatın güclənməsinə diqqət çəkmişdi. Açıqlama; Fed-in bu il 3 dəfə əvəzinə 4 dəfə artıracağı gözləntisini qüvvətləndirmiş, bu da bazarlarda sərt hərəkətlərə səbəb olmuşdu.


 
Dollar qlobal miqyasda bahalaşarkən ABŞ Birjaları düşmüşdü.  


 
Pauellin çıxışında önə çıxan başlıqlar:
 
-İqtisadiyyatının qızdığına dair bir işarə yoxdur
 
-Qiymətlərdə daha çox artım görməyi gözləyirəm
 
-Mərhələli faiz artımları məqsədəuyğundur
 
-Gördüyümüz işin mərkəzində qiymət sabitliyi (inflyasiya) var

-Faizləri artarkən inflyasiyada da artım gözləyirik

-Aşağı inflyasiya qlobal bir fenomendir
 
-Maliyyə siyasəti tələbin artmasına töhfə verəcək
 
-Güclü olan ABŞ iqtisadiyyatı indi daha güclüdür
 
-Risklər əvvələ nisbətən daha balanslıdır
 
-Ən mühüm sual; Vergi güzəştlərinin uzun perspektivdə iqtisadi artıma necə təsir edəcəyidir

-İqtisadiyyatın toparlanmasını davam etdirmək üçün faizin artırılmasını mərhələli davam etmdirməliyik

01.03.2018 16:50

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ