“Azercell”dən 103 milyon manatlıq etiraf

 

Bağlanan banklarda “Azercell Telekom” MMC-nin 103 milyon manatdan çox vəsaiti qalıb.

 

Bu barədə "Marja"nın sorğusuna cavab olaraq MMC-dən bildirilib.

 

“Azercell Telekom” MMC məsuliyyətli və şəffaf biznes siyasətini əsas tutaraq, öz fəaliyyəti ilə əlaqədar maliyyə və digər göstəriciləri qanunvericilikdə müəyyən edilən qaydada ictimaiyyətə açıqlayır. Məlum olduğu kimi, ötən il bəzi bankların fəaliyyətinin dayandırılması ilə bağlı, müxtəlif hüquqi və fiziki şəxslər ilə yanaşı “Azercell Telekom” MMC-nin də həmin banklarda  ümumi məbləği 103 milyon manatdan çox olmayan müxtəlif həcmli vəsaitləri müvəqqəti dondurulmuşdur.

 

Eyni zamanda bildirmək istəyirik ki, sırf gəlirlilik baxımından 2017 ildə “Azercell Telekom” MMC son 5 ilə nisbətdə ən yüksək nəticə əldə edib. Belə ki,  2017-ci il üzrə gəlirlərin 5, EBİTDA göstəricisinin isə 1.2% artımına nail olunub", - şirkətdən bildirilib.

 

Qeyd edək ki,  “Azercell Telekom” 2017-ci ili 19 milyon 357 min manat zərər ilə başa vurub. Bu zərərin səbəblərindən birinin də banklarda dondurulmuş vəsaitlər olduğu ehtimal edilir. Daha ətraflı: http://marja.az/news/21320 Həmçinin ötən illərdə dolların bahalaşması ilə idxal olunan avadanlıqların Manat ilə ifadədə alış xərclərinin artması və öncədən büdcəyə ödənilmiş vergi şirkətin zərərinin yaranmasının digər səbəbləri ola bilər.

1 Mart 2018 , 20:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin