Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank kredit şərtlərini tam dəyişib - daha aşağı aylıq ödənişlər!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank kredit şərtlərini tam dəyişib - daha aşağı aylıq ödənişlər!

Müştərilərin istəklərini daim nəzərə alan Azərbaycan Beynəlxalq Bankı nağd pul kreditinin onlar üçün daha asan və sərfəli olmasından ötrü kredit şərtlərini tam dəyişib. Bu barədə "Marja"ya bankdan bildirilib.

 

Reklam_3_11

Yeni şərtlərlə nağd pul krediti bankın əmək haqqı və pensiya kartı sahiblərinə “BİZDƏ VAR!” devizi  altında istənilən məqsədlər üçün təqdim olunur.

 

Belə ki, kreditin maksimal məbləği 20.000 manata qədər, müddəti 60 ayadək artırılıb. Faiz dərəcəsi isə növbəti dəfə azaldılıb. Azərbaycan Beynəlxalq Bankının nağd pul kreditlərinin illik faiz dərəcəsi indi cəmi 23%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb. Üstəlik, kredit almaq üçün müştərinin yaş məhdudiyyəti də 70 yaşadək yüksəlib. 

 

Ödənişlərə gəlincə, müştəri məsələn, 3000 manat məbləğində kredit aldıqda ayda artıq 120 manat deyil, cəmi 87 manat, 5000 manat aldıqda 199 manat əvəzinə indi 144  manat, 10000 manat aldıqda isə 398 manat deyil, cəmi 288 manat kredit borcu ödəyəcək.

 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməli və ya 8937 qısa nömrəsinə SMS göndərməlidir.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

02.03.2018 06:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ