Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda icbari sığortaların sayı artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda icbari sığortaların sayı artacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda bəzi sığorta növəri icbari olacaq.

 

Reklam_3_11

Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli deyib.

 

O bildirib ki, artıq bununla bağlı ASA təkliflər hazırlayır:

 

"Məsələn, əmlak sığortası icbari olsa da, əhatə dairəsi çox kiçikdir. Azərbaycanın əmlak sığorta bazarı 250 milyon manat  həcmində proqnozlaşdırılsa da, bu sahədə yığımlar cəmi 15-20 milyon manat təşkil edir. Bu o deməkdir ki, 10%-dən az  əhatə dairəsi var. Ona görə də çalışacağıq ki, bu sahədə tətbiq faizini artıraq".

 

M.Abbasbəyli bildirib ki, bundan əlavə, bazardan olan təkliflər əsasında həkimlərin peşə məsuliyyətinin sığortasının icbariləşməsi üzərində çalışılır:

 

"Təkcə Azərbyacanda deyil, bütün dünyada həkim səhvindən zərərçəkənlər var və şəxslər maddi təminatı ədalətli şəkildə ala bilmirlər. Ona görə də həkimlərin peşə məsuliyyətinin sığortası çox önəmlidir. Bu eyni zamanda sosial yönümlü bir istiqamətdir. Nəzərə alsaq ki, klinika bu münasibətlərin güclü olan tərəfidir. Bu baxımdan həkim səhvindən əziyyət çəkən vətəndaşlarla mübahisə yarandıqda  məhkəmələr daha çox onların xeyrinə həll olunur. Ona görə də bu sahə sosial baxımdan çox önəmlidir".

 

M.Abbasbəyli əlavə edib ki, digər istiqamətlərdən biri kənd təsərrüfatı sığortası ola bilər:"Türkiyədə TARSİM-in Azərbaycanda tətbiqi ilə bağlı Palata ilə müzakirələr gedir. ASA-da bu istiqamətdə müəyyən işlər görüb, amma proses tam yekunlaşmayıb. Bunun üçün bazardan da müəyyən təkan lazımdır, bazarın da münasibəti öyrənilməlidir. İlk başladığımız layihələrdən biri də məhz kənd təsərrüfatı sığortasıdır".  

 

KREDİT GÖTÜRƏNLƏRƏ 50% ENDİRİM EDİLƏCƏK

 

© Fins

02.03.2018 06:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ