Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Cənubi Koreya şirkətlərinin məhsuları Azərbaycanda hazırlanacaq - MÜQAVİLƏ İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cənubi Koreya şirkətlərinin məhsuları Azərbaycanda hazırlanacaq - MÜQAVİLƏ İMZALANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) Cənubi Koreyanın “Seoul Machinery”, “Samgong”, “Samjin” şirkətləri ilə birgə əməkdaşlıq müqaviləsi imzalayıb. 

 

Reklam_3_11

Bu barədə STP-nin mətbuat xidmətindən məlumat verilib.

 

Razılaşmaya əsasən, yaxın zamanda bu şirkətlərin istehsal etdikləri məhsulların bir çox çeşidi STP-də hazırlanacaq.

 

“Seoul Machinery” şirkəti ilə neft-qaz sənayesində istifadə olunan təzyiq çənləri və istilik dəyişdiricilərinin istehsalında əməkdaşlıq ediləcək. “Samgong” ilə havalandırma və katodik mühafizə sistemlərinin qurulması birgə hazırlanacaq. “Samjin” şirkətiylə isə neft-qaz emalı zavodlarında istifadə olunan texniki avadanlıqların, yüksək təzyiqli siyirtmələrin istehsalı birgə həyata keçiriləcək.

 

İmzalanan müqavilə nəticəsində neft-qaz sənayesində istifadə olunan bir çox avadanlıqlar artıq xaricdən idxal olunmayacaq. Gələcəkdə bu sahənin bir çox ehtiyaclarını STP təchiz edəcək. 

 

Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də prezident İlham Əliyevin iştirakı ilə istismara verilən STP müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub, istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.

02.03.2018 07:43

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ