Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Narkoloji Mərkəzində baş verən yanğında 25-ədək şəxs ölüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Narkoloji Mərkəzində baş verən yanğında 25-ədək şəxs ölüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ilkin məlumata əsasən, 25 nəfərədək şəxs ölüb.

 

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

 

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.

 

XXX

 

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

 

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

 

XXX

 

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib.

 

Bu barədə Birlikdəki mənbə məlumat verib.

 

XXX

 

Kəmaləddin Heydərov, Ramil Usubov və Rüstəm Usubov yanğın baş verən əraziyə gediblər


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verən əraziyə gediblər. 

 

Dövlət rəsmiləri hadisə yerinə baxış keçiriblər.

02.03.2018 07:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ