Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ofisait və OYAL-ın sponsorluğu ilə rəsm müsabiqəsi davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ofisait və OYAL-ın sponsorluğu ilə rəsm müsabiqəsi davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ofisait” mağazalarının təşkilati dəstəyi və OYAL məktəbli ləvazimatlarının sponsorluğu ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqəsi uğurla davam etdirilir. Müsabiqənin  6-cı mərhələsi sona çatıb.

 

Şirkətin mətbuat xidmətindən Marja.az-a verilən məlumata əsasən müsabiqənin 6-cı mərhələsində yeni rəsm çəkməyə başlayan həvəskarlarla yanaşı, peşəkar yaradıcılıqla məşğul olan uşaqlar da iştirak edib.

 

“Mənim Azərbaycanım” layihəsi vasitəsilə OYAL-ın rəsm həvəskarlarını aşkarlaması, onların yeni müstəvidə öz qabliyyətlərini bir daha sınaya bilməsi üçün şərait yaratması valideynlər tərəfindən də müsbət qarşılanır.

 

Qeyd edək ki, layihə xalq rəssamı, professor Arif Hüseynovun iştirakı ilə həyata keçirilir. Görkəmli rəssam hər bir uşaqla individual sorğu keçirir, mövzuya aid çəkdiyi rəsm əsərinin daha uğurlu alınması üçün lazımi istiqamətlər verir. Həmçinin iştirakçılar rəssamının xalq nağılları əsasında yağlı boya ilə çəkdiyi əsərləri haqda suallar verib, cavabları maraqla dinləyiblər.

 

Tədbirin sonunda hər bir iştirakçıya sertifikat və OYAL-dan müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

 

Layihə zamanı çəkilən bütün əsərlər 6 ay ərzində təşkilatçıda toplanacaq və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil olunan komissiya tərəfindən qiymətləndirilmə həyata keçiriləcəkdir. 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacağı nəzərdə tutulur. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.

 

Növbəti müsaiqədə iştirak etmək üçün OYAL və Ofisait-in Facebookİnstagram səhifələrindən online qeydiyyatdan keçmək zəruridir.

 

Ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.

02.03.2018 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ