Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bazarstore: Yazılanlar uydurmadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarstore: Yazılanlar uydurmadır

“Bazarstore” MMC “Bizim Market” mağazalar şəbəkəsini alması haqqında yayılan məlumatlar barədə rəsmi açıqlama yayıb.

 

"Marja" Trend-ə istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu barədə yazılanlar uydurmadan başqa bir şey deyil:

 

"Şirkətimiz qeyd edilən məsələ ilə əlaqədar heç bir danışıqlarda iştirak etməyib, hər hansı görüş keçirməyib və belə bir niyyəti də olmayıb. “Bazarstore” olaraq yazılanlara görə təəssüf edirik və “Bizim Market” şəbəkəsinə işlərində uğurlar arzulayırıq". 

 

"Bizim Market” MMC-dən də "Marja"ya bildirilib ki, ”Bizim Market” heç bir digər market şəbəkəsinə birləşməyib:

 

“Son zamanlar bəzi xəbər portallarında digər supermarket şəbəkəsi ilə birləşmə haqqında yayılan məlumatlar yalan və əsassızdır. “Bizim Market” bazarda qalmaqda qətidir! Uğurlarımızın davamını gözləyin”.

 

İlin sonunadək “Bizim Market” supermarketlər şəbəkəsinin hədəfi filial sayını 25-ə çatdırmaqdır. 

02.03.2018 14:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ