Mobil manşet üstü reklam-3_21

Dövlətdən "Eloba" həmləsi - 20 faiz ucuz satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətdən "Eloba" həmləsi - 20 faiz ucuz satılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlətə məxsus "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə Səhmdar Cəmiyyət satış-yarmarkaların təşkilinə start verib.

 

Yarmarkaların təşkil edildiyi ünvanlar:

 

-Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;

-Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 59 (Təzə bazarın aşağı hissəsi);

-Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 207 ("İdeal" şadlıq sarayının yanı);

-Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı);

-Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ("Günəş" ticarət mərkəzinin ərazisi) ünvanlarında keçirilir.

 

ASC-dən "Marja"ya bildirilib ki, yarmarkalarda əhaliyə təklif olunan məhsullar Səhmdar Cəmiyyətin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilatı dəstək verilib.

 

Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq.

 

Səhmdar Cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq.

 

Yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.

03.03.2018 10:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ