Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Süd məhsulları bazarında əsas problem qeyri-sabit xammal qiymətidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Süd məhsulları bazarında əsas problem qeyri-sabit xammal qiymətidir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yeni yaradılmış Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının məqsədi ölkədə istehsal keyfiyyətinin artırılmasına, məhsul ixracına dəstək verməkdir".

 

Bunu açıqlamasında Assosiasiyanın İdarə Heyətinin sədri Samir Eyyubov deyib.

 

“Resurslara qənaət, yüksək keyfiyyətli standartların hazırlanması və tətbiqi, kadr problemlərinin həlli, xarici bazarlara daha rahat çıxış əldə edilməsi istiqamətləri üzrə fəaliyyət göstərəcəyik”, - deyə o qeyd edib.

 

S.Eyyubovun sözlərinə görə, Azərbaycanın süd məhsulları bazarında əsas problem valatillikdir: “Südün xammal kimi qiyməti sabit deyil, hər iki-üç aydan bir qiymət artımı və yaxud azalması halları müşahidə edilir. Bəzən 30-40%-ə qədər fərq yaranır. Bu isə uzunmüddətli planları həyata keçirməyə mane olur”.

 

Bundan başqa, Assosiasiya rəhbəri qeyd edib ki, Azərbaycana idxal olunan süd məhsuları yerli istehsalla müqayisədə ucuz başa gəlir: “Bu istiqamətdə də tədbirlər həyata keçirməyə ehtiyac var. Yerli məhsulların xarici analoqları ilə müqayisədə rəqabətqabiliyyətli olması istiqamətində də iş aparılmalıdır, onların yüksək keyfiyyətini qorumaqla daha ucuz başa gəlməsinə çalışılmalıdır".

 

Onun sözlərinə görə, Azərbaycanda bəzi süd məhsulları istehsalçıları standartlara uyğun fəaliyyət göstərmir və bununla da qanun çərçivəsində işləyən sahibkarlarla haqsız rəqabətə girirlər: “Dövlət nəzarətindən kənar məhsulların istehsal edilməsinin şahidi oluruq. Məsələn, elə məhsullar olur ki, onların üzərində nə kod, nə də ki geniş məlumat var. Bazarın kiçik oyunçuları dövlətin qoyduğu standartlara uyğun fəaliyyət göstərməlidir" - deyə o bildirib.

 

S.Eyyubov ölkədə süd məhsullarının istehsalı sahəsində kadr çatışmazlığının olduğunu da deyib: “Sağım səviyyəsini artırmaq üçün yüksək ixtisaslı kadrlar olmalıdır. Azərbaycanda xaricdən gətirilən cins inəklər var. Lakin onlara lazımi səviyyədə qulluq olmadığına görə, yüksək səviyyəli sağıma nail ola bilmirik".

 

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları beynəlxalq təcrübədən yararlanmaq, Almaniya, Hollandiya, İsrail və Avstraliya kimi qabaqcıl kənd təsərrüfatına malik ölkələrin təcrübəsini öyrənmək istəyir.

 

“Eyni zamanda ABŞ və İsrailin süd assosiasiyaları ilə danışıqlar gedir. İxracla bağlı isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə danışıqlar aparılır", - deyə Assosiasiya rəhbəri fikrini tamamlayıb. 

 

© Report

03.03.2018 13:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ