Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Çoxdan bu avto-markaları Azərbaycanda təmsil etmək fikrindəydik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Çoxdan bu avto-markaları Azərbaycanda təmsil etmək fikrindəydik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bunu “Marja”ya Fiat Chrysler Automobiles Group-un Azərbaycanda yeni rəsmi dileri “Avtolux Azərbaycan” şirkətinin direktoru İbrahim Əhmədov bildirib.

 

“Biz Fiat Chrysler Automobiles Group-un markalarını, xüsusilə Alfa Romeo modelini çoxdan Azərbaycanda təmsil etmək fikrindəydik. Bütün gücümüzü ortaya qoyaraq, Fiat Chrysler Automobiles Group-un Azərbaycanda dileri olmaq təklifini verdik, qrup da bizə müsbət cavab verdi. Bunun üçün bir imkan da yarandı. Əvvəlki distribyutorların imtina edib-etmədikləri barədə bizdə məlumat yoxdur. Bunu deyə bilərəm ki, onlar anbarlarında olan avtomobiləri satdıqdan sonra bir daha bu modelləri gətirməyəcəklər”,- o deyib.

 

Xəbər verdiyimiz kimi, “Avtolux Azərbaycan”  FCA (Fiat Chrysler Automobiles) Group-un brendləri olan Fiat, Fiat Professional, Jeep, Dodge, Chrysler, eləcə də, Azərbaycanda ilk dəfə rəsmi olaraq təqdim olunan Alfa Romeo və Abarth markalı avtomobillərinin satışı və servis xidmətlərini həyata keçirəcək.   “Avtolux Azərbaycan” 2012-ci ildən fəaliyyət göstərir. Bundan öncə şirkət Ferrari, Aston Martin və Lamborgini, eləcə də Ferrari Store və Collezione Lamborghini markalarının distributor olub. Brend cərgəsinə FCA Group-un markalarını əlavə etməklə  “AvtoluxAzərbaycan”-ın satışını həyata keçirdiyi avtomobil markalarının sayı 10 çatıb.

27.01.2017 13:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ