Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu həftə bazarların gündəmi gərgin keçəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu həftə bazarların gündəmi gərgin keçəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trampın ötən həftə "ticarət müharibəsi" narahatlıqlarına səbəb olan qərarları ilə yanaşı, bu həftə gərgin gündəm də bazarların radarında olacaqdır.


 
"Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı və ABŞ-da kənd təsərrüfatı xarici məşğulluq göstəricisi səbirsizliklə gözlənilir.


 
AMB-nin 8 Mart Cümə axşamı keçirəcəyi iclasda pul siyasəti dəyişikliyi həyata keçirəcəyi gözlənmir, amma bazarlar ilə ünsiyyətdə kiçik dəyişikliklər ola biləcəyi danışılır.


PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 
Reuters-ə danışan mənbələr, AMB rəsmilərinin, son dövrdə yaşanan valatillik, güclü avro və aşağı inflyasiya narahatlıqları istiqraz alışını azaltmaq siqnalı verməzdən əvvəl gözləməyi üstün tutacağını bildirir.
 


Avro Bölgəsi iqtisadiyyatı on ilin ən yaxşı iqtisadi artımını qeyd etsə də inflyasiya aşağı qalmaqda davam edir. İnflyasiya ötən ay 2016-dan bəri ən aşağı səviyyəyə düşmüşdü.


 
MAAŞ ARTIMLARI KRİTİKDİR


ABŞ-da isə Cümə günü Fevral ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaqdır. Məşğulluğun 204 min artması, işsizliyin 4.1%-dən 4% geriləməsi gözlənilir.
 

Orta saatlıq maaşların isə aylıq 0.3%, illik 2.9% artması gözlənilir. Əvvəlki ay da maaş artımları 0.3% və illik 2.9% təşkil edərək proqnozları keçmiş, bu da qlobal bazarlarda Fed-in daha sürətli faiz artıracağı xofunu yaratmış və bazarların sərt reaksiyasına səbəb olmuşdu.
 

Yüksək rəqəmlərə Dollar da reaksiya vermiş və mühüm valyutalara qarşı bahalaşmışdı. Qızılın unsiya  1%-dən çox dəyər itirmişdi.  
 

Bunlar ilə bərabər İtaliyadakı seçki və Çindəki siyasi iclaslar da qlobal bazarların diqqətindədir.

05.03.2018 05:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ