İtaliyada seçkidə heç bir partiya və ittifaq hökuməti quracaq çoxluğa nail ola bilməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliyada seçkidə heç bir partiya və ittifaq hökuməti quracaq çoxluğa nail ola bilməyib

Bazar günü İtaliyada parlament seçkisi keçirilib. Heç bir partiya və ittifaq, təkbaşına hökuməti quracaq çoxluğa nail ola bilməyib.


 

Reklam_3_11

İtaliyada Nümayəndələr Məclisi və Respublika Senatının yeni üzvlərini təyin etmək üçün 4 Martda keçirilmiş parlament seçkisində təxminən 51 milyon seçici iştirak edib.
 


"Marja" xəbər verir ki, İtalyanın rəsmi ANSA xəbər agentliyinin yaydığı ilkin nəticələrə görə, mərkəz sağ ittifaqı 33-36 faiz aralığında səs toplayıb, 5 Ulduz Hərəkəti (M5S) 29, - 32,5% səs nisbətinə çatıb. Hazırda hökumətdə olan mərkəz sol ittifaqının səs nisbəti isə 24 - 27% ətrafında qalıb.
 

Bir əvvəlki seçkiyə nisbətən mərkəz sol ittifaqının səsləri azalma göstərib, mərkəz sağ ittifaqı və M5S səslərini artırıb. Mərkəz sol ittifaqının səslərində 2-5 faiz arasında bir azalma görülüb, mərkəz sağ ittifaqının yığdığı səslərdə 3-6 faiz arası bir artım baş verib. Seçkiyə ittifaqlarsız təkbaşına qatılmış M5S isə topladığı səs faizlərini 5-7 faiz artıraraq 29,5-32,5 faiz aralığına qaldırdığı üçün seçkidə ən çox səs yığan partiya olub.
 

MƏRKƏZ SOL İTTİFAQI

 

Sorğulara görə, hazırda iqtidardakı koalisiya hökumətinin böyük tərəfdaşı və keçmiş baş nazir Matteo Renzi rəhbərliyindəki Demokratiya Partiyası (PD) 20-23 faiz, Emma Bonino-nun Avropa partiyası 2-4 faiz, Giulio Santagata-nın "Birlikdə" partiyası 0-2 faiz və Beatrice Lorenzin-in partiyası 0-2 faiz olmaqla, mərkəz sol ittifaqı 24-27 faiz arasında səs yığıb.

 

MƏRKƏZ SAĞ İTTİFAQI

 

Keçmiş Baş nazir Silvia Berluskoninin "Forza Italia" partiyası 12-15 faiz, Matteo Salvininin həddindən artıq sağçı Lig partiyası 13-16 faiz, Giorgia Meloni-nin həddindən artıq sağçı İtaliyanın Qardaşları partiyası 3-5 faiz və Raffaele Fitto-nun "Biz İtaliyalıyıq"  partiyası 0-2 faiz olmaqla, mərkəz sağ ittifaqı isə 33 - 36 aralığında bir səs nisbətinə çatıb.
 

Heç bir partiya və ittifaq, təkbaşına hökuməti quracaq çoxluğa nail ola bilməyib. Yenidən seçki keçiriləcəyi gözlənilir.
 


Bir əvvəlki seçkidə 75,20 faiz olan iştirak nisbətinin, bu seçkidə də təxminən eyni olduğu ehtimal edilir.

05.03.2018 04:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ