Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Volvo-nu aldı, Mercedes-ə ortaq oldu - "Bu qədər bəsdir" dedi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volvo-nu aldı, Mercedes-ə ortaq oldu - "Bu qədər bəsdir" dedi

2010-ci ildə "Volvo"nu alan, ötən həftə də "Mercedes"in ana şirkətinin 10%-nə sahib olan Çinin avtomobil nəhəngi "Geely"nin banisi və sahibi Li Shufu, investisiyalarına fasilə verib. Almaniya mətbuatına danışan Shufu, bundan sonra yeni bir tərəfdaşlıq planının olmadığını, mövcud işlərə fokuslanacağını deyib.



 
Li Shufu son dövrdə avtomobil bazarının ən çox danışılan aktyorlarından biridir. Çinin "Geely" şirkətinin banisi olan Shufu, ilk olaraq 2010-ci ildə İsveçin "Volvo" şirkətini 1.8 milyard dollar qarşılığında "Ford Motors"dan satın alması ilə gündəmə gəlmişdi.
 

Reklam_3_11

Daha sonra yük maşını istehsalçısı "AB Volvo"dan 3.3 milyard dollarlıq səhm alan Shufu, sonra idman avtomobil istehsalçısı "Lotus"un əksəriyyət hissəsini və Malayziyanın "Proton" şirkətinin 49.9%-lik hissəsini aldı. Shufu eyni zamanda İngiltərənin qara kabinəli avtomobil istehsalçısı "LEVC"nin də sahibidir.
 

Shufu, ötən həftə də Almaniyanın "Daimler" şirkətinin 10% səhmini 9 milyard dollara alaraq sektorda böyük bir sürprizə imza atdı.


 
"BU QƏDƏR KİFAYƏTDİR"


 
"Geely" xaricində təxminən 15 milyard dollarlıq avtomobil investisiyası olan Shufunun bundan sonra nə edəcəyi isə maraq mövzusudur. Shufu, Almaniya mediasına verdiyi müsahibəsində bu qədər investisiyanın özü üçün yetərli olduğunu söyləyərək yeni satınalma və ortaqlıqlara "bağlı" olduğunu açıqlayıb.
 

Shufu, "Hələlik yeni bir satınalma planımız yoxdur. Mövcud işlərimizi inkişaf etdirməyə fokuslanacağıq. Çox  fərqli fikirlərimiz və görəcəyimiz çox işimiz var" deyib.
 

İnvestisiyalarının arxasında Çin dövlətinin olub-olmadığına dair suala isə heç bir şəkildə hökumətdən maddi bir dəstək və ya icazə almadığı cavabını verən Shufu, "Heç vaxt hökumətdən bir razılıq verib verməyəcəklərini soruşmuruq. "Daimler"dən aldığımız səhmlərdə də eyni vəziyyət keçərli idi" deyib.

05.03.2018 04:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ