Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İsrailin məhşur tibb mərkəzinin Gəncədə filialı açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsrailin məhşur tibb mərkəzinin Gəncədə filialı açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsrailin məhşur "Xorev" tibb mərkəzinin Gəncə şəhərində "Xorev- Gəncə" Tibb Mərkəzi açılmışdır. 

 

"Marja" xəbər verir ki, Xorevdəki mərkəz bütün dünyaca məşhurdur. İsrailin şimalında, gözəl təbiəti olan Xayfa şəhərində yerləşən mərkəz 30 ilə yaxındır ki, fəaliyyət göstərir və artıq dünyada tibbin bir sıra sahələri üzrə öz sözünü deyə bilmişdir. Bu illərdə nəinki milyonlarla israilli, həm də yüz minlərlə xarici turist mərkəzin xidmətlərindən istifadə edərək öz sağlamlıqlarını bərpa etmişlər. Mərkəzin 53 şöbəsində ən yüksək səviyyəli mütəxəssislər çalışır ki, onların da adları dünyaca məşhurdur. Mərkəzin özünün Texnion Politexnik institututu da var və bu, hər cür tibb avadanlığının hazırlanmasına, müasir texnologiyanın tətbiqinə imkan yaradır və nəticədə mərkəz istədiyinə nail olur. Burada 300-dən çox professor çalışır və dünyada tanınır. Məsələn, hepatoloqlar Elimelex Sukerman, Rou, kardioloq Lyis, ortoped Daniel Rays, onkoloq Avi Koten və onlarla başqaları milyonların sevimlisinə çevrilib.

 

Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Xorev” Tibb Mərkəzinin Baş həkimi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıq gəncəli həkimlərə İsrailin “Xorev” tibb mərkəzində təcrübə keçmək imkanı yaradacaq. Həmçinin İsrailli həkimlər Gəncədəki klinika və xəstəxanalara baş çəkərək, onların fəaliyyəti, aparılan araşdırma və tətqiqatlarla tanış olacaqlar.  

 

"Xorev-Gəncə" Tibb Mərkəzində travmatoloq, endokrinoloq, terapevt, nevropotoloq və digər ixtisasdan olan həkimlər sakinlərə xidmət göstərəcəklər. Bütün müasir avadanlıqlarla təchiz olunmuş tibb mərkəzində ehtiyac olduğu təqdirdə pasientlərə İsrailin “Xorev" Tibb Mərkəzinə də göndərişlər veriləcək.

 

Gəncə şəhərinə səfərləri çərçivəsində 'Xorev' Tibb Mərkəzinin nümayəndələri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında və yeni istifadəyə verilən “Xorev-Gəncə” Tibb Mərkəzində 100-dən çox sakini müayinə edib, onlarla maarifləndirici söhbətlər aparıblar.

05.03.2018 04:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ