Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

"Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur"

Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “neqativ” proqnozdan, “stabil”ə yüksəldib və“BB-/B” səviyyəsində təsdiqləyib.

 

Kapital Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.


“Agentliyin mütəxəssisləri öz hesabatlarında, Kapital Bank-ın biznes mövqeyinin möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda Kapital Bank-ın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. Bankdakı struktur dəyişiklikləri sayəsində bank kredit sahəsini və rəqabətə davamlığını artırıb və daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, bankın gecikmiş kreditləri (NPL) 14,7%-dən, 7,2%-ə qədər azalıb. Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin saxlanılaraq proqnozunun artırılması, bizim üçün olduqca əhəmiyyətlidir”, - deyə, Kapital Bank-dan bildiriblər.


Qeyd edək ki, Kapital Bank maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2017-ci ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri 3,2 mlrd. manat, müştərilərə verilən kreditlər 1,8% artaraq 1,2 mlrd. manat, əhali əmanətlərinin həcmi isə 836,9 mln. manat olub. Bankın xalis mənfəəti 94,8 mln. manat, nizamnamə kapitalı 185,9 mln. manat, məcmu kapitalı 299,9 mln. manat təşkil edib.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. 

05.03.2018 06:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ