Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sənaye məhəllələrinin sayı artırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənaye məhəllələrinin sayı artırılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda yeni sənaye məhəllələrinin yaradılması ilə bağlı hazırda araşdırmalar aparılır".

 

Bunu bu gün Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf AİŞ-in 2017-ci ilin fəaliyyət nəticələri ilə bağlı keçirilən təqdimatda bildirib.

 

Onun sözlərinə görə, bütün rayonlarda investorlarla danışıqlar, təhlillər aparılır:

 

"Bizim fikrimiz bütün rayonlarda sənaye məhəllələrinin yaradılmasıdır. Bütün rayonlar nəzərdən keçirilir. Bu rayonlarda infrastruktur təminatını, mövcud investisiya layihələrinin baxımdan qiymətləndirilməsi aparılır. Aparılan danışıqlar və araşdırmadan və qiymətləndirilmələrdən sonra ictimaiyyətə yeni rayonların adları açıqlanacaq".

 

Rövşən Nəcəf bildirib ki, Azərbaycan İnvestisiya Şirkəti sənaye kənd təsərrüfatı, əzcaçılıq, logistika, qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak edib. Şirkət bu layihələrə 194 milyon dollar yönəldib.

 

Onun sözlərinə görə, AİŞ-nin iştirak etdiyi layihələrin ümumi dəyəri 1,2 mlrd. ABŞ dolları olub: "Bunun da 450 milyon dolları xarici investisiyalardır. Azərbaycan İnvestisiya Şirkətinin payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb".  


O bildirib ki, sənaye sahəsində dəyəri 300 min avro olan quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10 faiz paya malik olan AİŞ 2012-2015-ci illərdə layihədə uğurla iştirak edib: "Azərbaycan İnvestisiya Şirkətinin payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 milyon dollar olan Bakı Gəmiqayırma Zavodudur. Bu zavod yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Artıq müəssisədə bir sıra gəmilər, o cümlədən "Xankəndi" gəmisinin tikintisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan mürəkkəb mühəndislik kəlləri tələb edən "Xankəndi" gəmisinin tikintisinin Azərbaycanda reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurudur". 

 

© APA

05.03.2018 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ