Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dərman zavodlarının istismara veriləcəyi tarixlər açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dərman zavodlarının istismara veriləcəyi tarixlər açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkədəki ilk Logistika Mərkəzi, “Milk-Pro” zavodu, “Səba” və “Azərtoxum” müəssisələri, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC də AİŞ-in payçı olduğu layihələrdəndir".

Reklam_3_11

 

Bunu bu gün Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf AİŞ-in 2017-ci ilin fəaliyyət nəticələri ilə bağlı keçirilən təqdimatda bildirib.

 

Onun sözlərinə görə, artıq Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin, Sanqaçalda yeni logistik terminalının inşası məqsədilə yaradılmış “Sanqaçal Terminalı” QSC-nin və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən “Ağstafa Aqroservis” MMC-də AİŞ payçı qismində iştirakını yekunlaşdırıb. 

 

O,bildirib ki, 2016-cı ildən başlayaraq AİŞ ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə bu sahədə də layihələr həyata keçirməyə başlayıb: "2016-cı ildə Pirallahı Sənaye Parkında İranla birgə ilk əczaçılıq layihəsi olan “Həyat Farm” Zavodunun təməli qoyulub. Bu layihədə Azərbaycan İnvestisiya Şirkətinin payı 10%-dir. Müasir dərman istehsalı ilə məşğul olacaq müəssisənin ümumi investisiya dəyəri 78 milyon ABŞ dollarıdır. İllik istehsal gücü 225 milyon qutu olan müəssisədə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda zavodun layihələndirmə işləri aparılır və yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə 2020-ci ilin əvvəlinə planlaşdırılır".

 

R. Nəcəf deyib ki, Pirallahı Sənaye Parkında reallaşdırılan digər bir layihə isə Rusiya ilə birgə həyata keçiriləcək “Caspian Pharmed” Zavodunun tikintisidir: "Layihədə Azərbaycan İnvestisiya Şirkətinin payı 25% təşkil edir. 21 milyon dollar investisiya dəyərində olan müəssisənin layihələndirmə işləri aparılır. Zavodun 2019-cu ilin sonunda istismara verilməsi nəzərdə tutulur. İldə 20,2 milyon qutu dərman istehsal etmək gücündə olacaq müəssisədə 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman istehsal ediləcək. Zavodda 90 yeni iş yeri yaradılacaq. Bundan başqa, Pirallahı Sənaye Parkında şpris zavodunun tikintisi davam etdirilir. Azərbaycan İnvestisiya Şirkəti 2017-ci ildə “Diamed Co” MMC-yə 1,7 milyon manat investisiya yatıraraq zavodda 25% pay əldə edib. İllik istehsal gücü 60 milyon birdəfəlik şpris olan zavod 2018-ci ilin sonunda istifadəyə veriləcək. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır. Zavodda 60 yaxın iş yerinin yaradılması nəzərdə tutulur".

05.03.2018 09:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ