Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bankların faizləri aşağı salması əmanətləri "vurdu"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların faizləri aşağı salması əmanətləri "vurdu"

31 Yanvar 2018-ci il tarixinə banklarda əhalinin əmanətləri 7 milyard 482.5 milyon manat təşkil edib.

 

"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Dekabr ayının sonu ilə müqayisədə əhalinin əmanətləri 60 milyon manat azalıb.

 

31 Dekabr 2017-ci il tarixində əhalinin banklarda 7 milyard 542.5 milyon manat əmanəti var idi.

 

İzafi likvidlik artdığından banklar əmanət faizlərini aşağı salıblar. Böyük ehtimalla əmanət faizləri aşağı düşdüyündən əhalinin banklara əmanət yerləşdirmək marağı azalıb.

 

Qeyd edək ki, ötən ilin payzından başlayaraq əhalinin banklarda əmanətləri yenidən artırdı. Dekabrdan etibarən əmanət faizlərinin sərfəsiz olması artımın dayanmasına səbəb oldu.

05.03.2018 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ