Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qızıl birinci, xurma ikinci yeri tutub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl birinci, xurma ikinci yeri tutub

2018-ci ilin yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşmışdır (17 milyon ABŞ dolları).

 

“Marja” İxrac İcmalının Feval sayına istinadən xəbər verir ki, bu siyahıda ikinci yeri xurma (13 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 milyon ABŞ dolları) tutmuşdur.

 

Həmçinin yanvar ayında qabığı təmizlənmiş meşə fındığı ixracı 9 milyon, pomidor (tomat) ixracı 7.9 milyon, pambıq lifi ixracı 6.5 milyon, emal olunmamış alüminium ərintiləri ixracı 4.5 milyon, yer və tunelqazan maşınların hissələri ixracı 3.9 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar ixracı 3.7 milyon, alma ixracı 3.2 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağları və məhsulları ixracı 3 milyon, doymamış propen (propilen) ixracı 2.6 milyon, elektrik enerjisi ixracı 2.6 milyon, mis və sink əsaslı ərintilərdən çubuqlar və profillər ixracı 2.3 milyon, qara metallardan neft-qaz buruqlarının qazılması üçün qaynaq yeri olmayan digər nasos-kompressor boruları ixracı 1.9 milyon, orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün ixracı 1.4 milyon, kimyəvi toxuculuq materiallarından böyük tutumlu elastik keçid konteynerləri ixracı 1.2 milyon, radionaviqasiya aparatları ixracı 1.1 milyon, qara metallardan xarici diametri 406,4 mm-dən çox olan digər qaynaq edilmiş borular ixracı 1.1 milyon, aşqarlanmamış alüminiumdan qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar ixracı 1 milyon ABŞ dolları təşkil etmişdir.

 

Ümumiyyətlə isə yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3.6 milyon ABŞ dolları olmuşdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı 86 faiz, meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artmışdır.

05.03.2018 10:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ