Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərbaycan İnvestisiya Şirkəti” 3 layihədə iştirakını yekunlaşdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan İnvestisiya Şirkəti” 3 layihədə iştirakını yekunlaşdırıb

Martın 5-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) fəaliyyətinə dair Mətbuat Konfransı keçirilib.

 

Reklam_3_11

Tədbirdə AİŞ-in icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyəti barədə məlumat verərək, AİŞ-in sənaye, kənd təsərrüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak etdiyini vurğulayıb.

 

Bildirilib ki, layihələrin ümumi dəyəri 1,2 mlrd. ABŞ dolları təşkil edir ki, bunun da 450 mln. ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb.

 

Məlumat verilib ki, sənaye sahəsində dəyəri 300 mln. avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10% paya malik olan AİŞ 2012-2015-ci illərdə layihədə uğurla iştirak edib. AİŞ-in payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 mln. ABŞ dolları olan Bakı Gəmiqayırma Zavodudur. Bu zavod yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Artıq müəssisədə bir sıra gəmilər, o cümlədən “Xankəndi” sualtı tikinti gəmisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan və mürəkkəb mühəndislik həlləri tələb edən “Xankəndi” gəmisinin tikintisinin Azərbaycanda reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurdur.

 

Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkədəki ilk Logistika Mərkəzi, “Milk-Pro” zavodu, “Səba” və “Azərtoxum” müəssisələri, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC də AİŞ-in payçı olduğu layihələrdəndir.

 

Artıq Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin (Azərsun Holdinq-ə məxsusdur), Sanqaçalda yeni logistik terminalının inşası məqsədilə yaradılmış “Sanqaçal Terminalı” QSC-nin və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən “Ağstafa Aqroservis” MMC-də AİŞ payçı qismində iştirakını yekunlaşdırıb.

 

Qeyd edilib ki, 2016-cı ildən başlayaraq AİŞ ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb.

 

2016-cı ildə Pirallahı Sənaye Parkında İranla birgə ilk əczaçılıq layihəsi olan “Həyat Farm” Zavodunun təməli qoyulub. Bu layihədə AİŞ-in payı 10%-dir. Müasir dərman istehsalı ilə məşğul olacaq müəssisənin ümumi investisiya dəyəri 78 mln. ABŞ dollarıdır. İllik istehsal gücü 225 mln. qutu olan müəssisədə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda zavodun layihəndirmə işləri aparılır və yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə 2020-ci ilin əvvəlinə planlaşdırılır.

 

Pirallahı Sənaye Parkında reallaşdırılan digər bir layihə isə Rusiya Federasiyası ilə birgə həyata keçiriləcək “Caspian Pharmed” Zavodunun tikintisidir. Layihədə AİŞ-in payı 25% təşkil edir. 21 mln. ABŞ dolları investisiya dəyərində olan müəssisənin layihəndirmə işləri aparılır. Zavodun 2019-cu ilin sonunda istismara verilməsi nəzərdə tutulur. İldə 20,2 mln. qutu dərman istehsal etmək gücündə olacaq müəssisədə 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman istehsal ediləcək. Zavodda 90 yeni iş yeri yaradılacaq.

 

Bundan başqa, Pirallahı Sənaye Parkında şpris zavodunun tikintisi davam etdirilir. AİŞ 2017-ci ildə “Diamed Co” MMC-yə 1,7 mln. manat investisiya yatıraraq zavodda 25% pay əldə edib. İllik istehsal gücü 60 mln. birdəfəlik şpris olan zavod 2018-ci ilin sonunda istifadəyə veriləcək. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır. Zavodda 60 yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Mətbuat Konfransında kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələrinin xüsusi rolunu vurğulanıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradıldığı diqqətə çatdırılıb.

 

2017-ci ildə istifaqəyə verilmiş Neftçala Sənaye Məhəlləsində hazırda sənaye, qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Ümumi dəyəri 45,3 mln. manat olan bu layihələr 500-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verir.

 

Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və I mərhələ çərçivəsində tikinti işləri tamamlanmaq üzrədir. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərir və artıq AİŞ-ə ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin (4 mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı) icrasına başlanılacaq və 200-dən çox iş yeri yaradılacaq.

20,3 hektar sahədə yaradılan Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə bu il başlanılması və tikinti işlərinə 200 nəfərin cəlb edilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması planlaşdırılır.

 

20 hektar sahədə yaradılan Hacıqabul Sənaye Məhəlləsi ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Sənaye Məhəlləsində tikinti işlərinə yaxın zamanda başlanılması nəzərdə tutulur. Tikinti prosesinə 200 nəfərdən çox işçi cəlb olunacaq. Artıq sənaye məhəlləsinə 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 mln. manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.

05.03.2018 11:04

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ