Mobil manşet üstü reklam-3_21

Azərbaycanda daha bir avtomobil zavodu tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda daha bir avtomobil zavodu tikiləcək

Azərbaycanda ikinci avtomobil zavodu tikiləcək.

 

Bunu “Azərbatycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf bazar ertəsi mətbuat konfransında bildirib.

 

“Biz Hacıqabul Sənaye Məhəlləsində avtomobil zavodunubn tikintisi üzrə potensial investorlarla danışıqlar aparırıq. Hələlik hansı marka avtomobildən söhbət getdiyini deyə bilmərəm, çünki bu kommersiya sirridir. Lakin, qeyd edə bilərəm ki, həm minik, həm də yük avtomobillərinin istehsalı nəzərdə tutulur”, - R.Nəcəf bildirib.

 

O həmçinin qeyd edib ki, 2018-ci ildə Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalına başlanacaq. “İstehsal olunan məhsulların 20%-nin ixrac olunacağı nəzərdə tutulur”, - R.Nəcəf vurğulayıb.

 

Xəbər verildiyi kimi, 2018-ci ilin yazında Azərbaycan-İran minik avtomobillərinin birgə istehsalına başlanılacaq. “Azərmaş” ASC və “İran Khodro” birgə avtomobil zavodu avtomobil istehsalı üzrə birgə müəssisəsinin yaradılmasına dair razılığa gəliblər. Zavodun tikintisinə ilkin olaraq $15 mln. həcmində investisiyanın yatırılması nəzərdə tutulur. Vəsaitin 25%-nin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. İstehsal gücü ildə 10 min ədəd avtomobil olacaq. Zavodda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.

05.03.2018 11:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ