Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ərəblərdən meqa şəhər layihəsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərəblərdən meqa şəhər layihəsi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanı və Misir 10 milyard dollara yeni şəhər qurur


 

Səudiyyə Ərəbistanı və Misir arasında bağlanan ikitərəfli müqavilə ilə Misirin Sina Yarımadasında bir nəhəng şəhər qurulması üçün 10 milyard dollarlıq fond yaradılıb. Misir, layihə çərçivəsində 1000 km2-dən çox ərazi ayıracaq.


 
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Misir Prezidenti Sisi sazişi Qahirədə açıqlayıblar.

 

İki ölkənin, Ərəb dövlətləri arasında ən zəngin və yüksək əhaliyə malik olduqları da məlumdur.


 
Sisinin vəzifəyə gəlməsindən sonra Səudiyyə Ərəbistanı ilə əlaqələrin güclənməsi diqqət çəkir. Nəhəng şəhər layihəsi Misirdə üç həftə sonra baş tutacaq prezident seçkilərinin ərəfəsində açıqlanıb.


 
 500 MİLYARD DOLLARA NEOM DA QURULACAQ

 

Səudiyyə Ərəbistanı, ötən il sonuna doğru NEOM adı ilə 500 milyard dollarlıq nəhəng şəhər layihəsini də açıqlamışdı. Şəhərin tamamilə bərpaolunan enerji sərf edəcəyi və ölkənin neftə əsaslanan iqtisadiyyatını diversifikasiya planlarının bir hissəsi olduğu vurğulanır.
 

Krallıq mənbələri yeni nəhəng şəhərdə enerji, biotexnologiya, ərzaq, inkişaf etmiş istehsalat və əyləncə sektorlarının prioritet olduğunu bildirir.
 

NEOM layihəsi 26 min 500 kvadrat kilometr sahəyə yayılacaq və İordaniya ilə Misir arasında bir bağlantı nöqtəsi yaradacaq.

05.03.2018 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ